AZ

Ukrayna və Polşa MiQ-29-u birlikdə modernləşdirir

Ukrayna Polşa ilə birlikdə 2023-cü ildə Polşadan aldığı MiQ-29 təyyarələrini modernləşdirəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bildirib.

Fedorov Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniak-Kamış ilə görüş keçirib. Görüşdə hava hücumundan müdafiənin gücləndirilməsi, dronların hazırlanması və təyyarələrin köçürülməsi məsələləri müzakirə olunub.

Fedorov bildirib: "Biz səmamızın qorunması üçün vacib olan MiQ-29 təyyarələrinin Ukraynaya təhvil verilməsini ayrıca müzakirə etdik. Polşa bu qırıcıları artıq 2023-cü ildə təhvil verib. Biz onların effektivliyini artırmaq və düşmən hədəflərini məhv etmək məqsədilə modernləşdirmək üçün birlikdə çalışacağıq".

Aynur Babazadə
 

Seçilən
4
9
bakivaxti.az

10Mənbələr