AZ

Azərbaycanı qorumaq həm fəxarət, həm də vicdan məsələsidir

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın yeni siyasi rənglərə boyanması, xüsusilə də qütbləşmə dövrünün yeni mərhələsinə qədəm qoyması, beynəlxalq siyasətin əsas xəttini təşkil edir. Bəs nə üçün dünya köhnə sistemdən imtina edərək daha mürəkkəb və sanki parçalanmış bir mərhələyə daxil olur? Bu gün dünyada irəli sürülən siyasi təşəbbüskarlıqlar mövcud problemləri üzə çıxarır və onların identikləşdirilməsindən başlanır. Lakin planlaşdırılan siyasi addımlar hər zaman atıla bilmir və bu səbəbdən bəzən onlardan geri çəkilmək zərurəti yaranır. Məhz bütün bu proseslərin fonunda qlobal dünya yeni siyasi rənglərə boyanır. Müasir dövrdə qloballaşma yalnız əməkdaşlıq yaratmaqla kifayətlənməyib, eyni zamanda çoxsaylı asılılıqlar formalaşdırıb. Bütün iqtisadi sistem, yəni dünya iqtisadiyyatı siyasətin və siyasi dairələrin alətinə çevrilib. Yaranmış yeni siyasi mənzərə onu göstərir ki, dünya bir mərkəzli idarəetmə sistemindən uzaqlaşaraq çoxmərkəzli idarəetmə modelinə daxil olub və bu da qütbləşmələrin davamlı olacağını, dünyanın qütbsüz yaşamaq etimadını olaraq sıfıra endirir. Yeni dövrdə az problem, az xərclər və maksimal təsir dairəsi əldə etmək məqsədilə siyasi rəngi müəyyən edən qüvvələrin dünyada sərt ideoloji bloklara deyil, maraqlara əsaslanan, yəni dərin şüura və rasional düşüncəyə söykənən ittifaqlarla formalaşan idarəetmə mərhələsinə keçid ehtimalı böyükdür. Məhz buna görə də dünya gücləri bu gün nəzərdə tutulan siyasi metodların tətbiqinə mane olan amilləri sıradan çıxarmaq üçün sərt bloklardan və aqressiv ultimatumlardan istifadə edirlər. Artıq maraqlar dünyasının bütün “nizamnaməsi” yazılıb. Bu mərhələdə maraqları uzlaşdıra bilən, uzlaşmanı formalaşdıran və hadisələri əvvəlcədən proqnozlaşdıra bilən siyasətçilər gərəklidir. Xüsusilə də kiçik, lakin dünyanın keçid mərhələsində uğur qazanan, ağıllı idarəetmə metodlarından istifadə edən siyasi liderlərə ehtiyac var. Bu gün real olaraq balanslı diplomatiyanın aparılması, milli maraqların qorunması, regional sabitliyin təmin edilməsi və strateji müstəqilliyin saxlanılması naminə atılmış doğru addımlar ölkəmizin rəhbəri, Cənab İlham Əliyevin bizim üçün yarana biləcək risklərin minimuma endirilməsi istiqamətində əldə etdiyi böyük uğurları mütləq qeyd etmək lazımdır. Mövcud dünya düzənində bu yanaşma siyasi faktor kimi xüsusi əhəmiyyət daşıyır və gələcək təhlükəsizliyimizin təminatı baxımından vacib faktordur. Bu qiymətləndirmə və dəyərləndirməni isə müdrik xalqımız öz etimadı və dəstəyi ilə açıq şəkildə ifadə edir. Dünyanın yeni tarazlığı yeni və müasir texnologiyalara uyğun olaraq daha çevik və aktiv olmalıdır. Gələcəkdə görünən odur ki, regionların rolunun artması ilə bağlı qlobal idarəetmə çətinləşəcək və Çin–Amerika toqquşmasının bu tarazlığa təsiri, ümumiyyətlə bu toqquşmanın mümkün olub-olmaması və hansı formada baş verə biləcəyi doğru hesablamalarla aparılmalıdır. Bu hesablamaları apara bilən siyasi beyin mərkəzləri formalaşmalıdır. Çünki hər hansı toqquşma olsa belə, bu, tanklarla yox, çip texnologiyaları savaşı, ticarət bloklarının mübarizəsi və informasiya savaşı şəklində olacaq. Hələ biz Allahın yaratdığı təbii fəlakətlərdən və digər problemlərdən törənən savaşları da nəzərə alsaq, vasitəli müharibələr və lokal qarşıdurmalar qlobal təhlükəsizliyin zəifləməsi arqumentini ortaya qoyur. Texnologiyaların və gepolitikanın idarə olunması, marağa əsaslanan koalisiyaların rəhbərliyi dövrü heç də bir çox siyasətçi və lider üçün asan olmayacaq. Dövlətimiz, millətimizi qorumaq, gücləndirmək, inkişaf etdirmək və təhlükəsiz bir ölkədə yaşamaq təminatını bizə verən siyasi rəhbərin ətrafında sıx birləşməli, dünyanın ən ağır dövrlərini keçmək üçün yanında olmalı, bərabər və birlikdə olmalıyıq.Azərbaycanı qorumaq həm fəxarət, həm də vicdan məsələsidir.Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
50
newscenter.az

10Mənbələr