AZ

İran ABŞ-ni hədələdi: Hərbi cavab veriləcək

İrana qarşı hər hansı bir təcavüz ABŞ-nin və müttəfiqlərinin Yaxın Şərqdə İslam Respublikası Silahlı Qüvvələri üçün əlçatan olan bütün hərbi infrastrukturunu təhlükə altına qoyacaq.

“Cebheinfo.az”-ın məlumatına görə, İranın Ali Lideri Əli Xameneyinin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Abdullah Hacı Sadeqi belə deyib.

“Bu gün yalnız bir baza deyil, həm də ABŞ-ın və onun regional muzdlularının bütün infrastrukturu əlimizdədir.

Silahlı qüvvələr döyüşə hazırdır və düşmənin hər hansı bir hərəkəti quruda, dənizdə və bölgədəki bütün Amerika bazalarında sarsıdıcı cavab alacaq”, - deyə İran rəsmisi əlavə edib.

Seçilən
61
cebheinfo.az

1Mənbələr