AZ

“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib – FOTOLAR 

“Veysəloğlu” MMC-nin müəllifi olduğu “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsi çərçivəsində “Liderlik Ekosisteminin Qurulması” mövzusunda növbəti tədbir keçirilib. Tədbir “OBA MMC liderləri ilə dialoq” mövzusuna həsr olunub.

Tədbirdə “OBA” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova “Liderliyə gedən yol: VŞQ daxilində karyera inkişafı və CEO baxışı” mövzusunda çıxış edərək, şəxsi karyera yolu, liderlik baxışı və gələcək liderlər üçün vacib kompetensiyalar barədə dəyərli fikirlərini iştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində “OBA” MMC-nin 6 İdarə Heyəti üzvünün iştirakı ilə panel müzakirəsi keçirilib, onlar yüksək potensiallı əməkdaşların ünvanladığı sualları cavablandırılıb, real təcrübələr və strateji yanaşmalar paylaşılıb.

Tədbirin ikinci hissəsində təlimçilər Cəlalə Nəzəroğlu “İctimaiyyət qarşısında çıxış etmə və inandırma qabiliyyətinin artırılması”, Anar Heydərov isə “Liderlikdə emosional zəkanın önəmi” mövzularında təlimlər keçib və interaktiv müzakirələr aparıblar.

Tədbir yüksək interaktivlik və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

image-fb_img_1769779270966 image-fb_img_1769779267840 image-fb_img_1769779264156 image-fb_img_1769779261219 image-fb_img_1769779257758

Seçilən
0
20
veteninfo.az

10Mənbələr