
Dubayda yeni zərgərlik bölgəsi çərçivəsində qızıl ilə döşənmiş küçə inşa olunması planlaşdırılır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Qızıl bölgə Dubayın zərgərlik sənayesi üçün xüsusi yaradılan bir ərazi olacaq və turistləri, həmçinin alıcıları cəlb etməyi hədəfləyir, deyə Ithra Dubai inkişaf şirkəti bildirib. Ətraflı məlumat mərhələli şəkildə açıqlanacaq.
Dubay Festival və Pərakəndə Ticarət İdarəsinin baş direktoru Əhməd Əl-Hacə bildirib:
"Qızıl Dubayın mədəni və kommersiya həyatına sıx bağlıdır, mirasımızı, rifahımızı və davamlı sahibkarlıq ruhumuzu simvolizə edir. Bu simvolik məkan vasitəsilə biz həm mirasımıza hörmət edir, həm də onu yaradıcılıq və davamlı inkişafla müəyyən olunan yeni dövr üçün yenidən düşünürük."
Yerli KİV-lərə görə, bu ərazidə qızıl, zərgərlik, ətir və kosmetika satan 1000-dən çox mağaza və 6 yeni otel fəaliyyət göstərəcək. Küçə Dubayın ən qədim ənənəvi bazarlarından biri olan Qızıl Bazar yaxınlığında yerləşəcək.
“Qızıl küçə”nin tikinti xərci hələ açıqlanmayıb.
Məryəm Quliyeva