
ABŞ Prezidenti Donald Tramp milli fövqəladə vəziyyət elan edən və Kubaya neft satan və ya tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumlarının tətbiq edilməsinə imkan verən fərman imzalayıb.
Ağ Evdən verilən açıqlamada Trampın Kuba hökumətinin ABŞ-a qarşı təhdidlərini müzakirə etdiyi bildirilib. Açıqlamada qeyd olunub ki, fərmanla ABŞ-ın Kubaya birbaşa və ya dolaylı yolla neft tədarük edən ölkələrdən həyata keçirilən idxala əlavə gömrük rüsumu tətbiq etməsinə imkan verən yeni bir tarif sistemi gətiriləcək.
Dövlət və ticarət nazirlərinə tarif sistemini və müvafiq tədbirləri həyata keçirmək üçün qayda və reqlamentlərin dərci də daxil olmaqla, bütün zəruri addımları atmaq səlahiyyətinin verildiyi bildirilən açıqlamada, ABŞ-ın milli təhlükəsizliyinin və xarici siyasətinin "Kuba rejiminin bədniyyətli fəaliyyət və siyasətlərindən" qorunmasının hədəfləndiyi ifadə edilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Kuba və ya təsirə məruz qalan ölkələr təhdidi aradan qaldırmaq və ya ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət hədəflərinə uyğunlaşmaq üçün mühüm addımlar atarsa, Prezident fərmanda dəyişiklik edə bilər.