ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində iki silahlı qrupun gizləndiyi məkanlara reyd keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.
Məlumata görə, ilk reyd Bəlucistan əyalətinin Pəncgur rayonunda həyata keçirilib və nəticədə 30 silahlı öldürülüb. Bəlucistanın Harnai rayonunda aparılan ikinci əməliyyat zamanı isə daha 11 silahlı məhv edilib.
Hər iki reyd cümə axşamı günü baş tutub və əməliyyatlar zamanı heç bir hərbçi həlak olmayıb.
Hərbçilər öldürülən silahlıların Hindistan tərəfindən dəstəkləndiyini bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.