ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
ABŞ rəsmiləri ilə görüş hazırda İranın gündəliyində deyil.
Gununsesi.info -nun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidan ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, İran danışıqlara hər zaman hazırdır, lakin hazırda ABŞ-ın hər hansı nümayəndəsi ilə görüş planlaşdırılmır:
“İran həm danışıqlara, həm də müharibəyə hazırdır və sonuncuya daha yaxşı hazırlaşıb. Lakin biz hadisələrin müharibəyə doğru inkişaf etməsində maraqlı deyilik.”
Danışıqlar üçün ilkin şərtlərin mövcudluğu ilə bağlı suala cavab verən Abbas Əraqçi vurğulayıb ki, müzakirə və diktə fərqli anlayışlardır:
“Müzakirənin nəticələri danışıqlar masasında müəyyən edilir. Əgər bir tərəf tələblərini əvvəlcədən irəli sürürsə, bu, müzakirə adlanmır. İran belə bir danışıqlar masasında oturmayacaq.”
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.