AZ

İran Hörmüz boğazında hərbi təlim keçirəcək - Əl-Ərəbiyyə



İran Silahlı Qüvvələri 1 və 2 fevral tarixlərində Hörmüz boğazında döyüş atışlı təlimlər keçirəcək. Bu barədə Əl Ərəbiyyə məlumat verib.

Dünya neft ehtiyatlarının təxminən 20%-nin keçdiyi mühüm strateji su yolu olan Hörmüz boğazında keçiriləcək təlimlərin bir hissəsi olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri döyüş atışlı təlimlər keçirəcək.

İran həmçinin mülki gəmiləri davam edən təlimlər səbəbindən ərazidə mümkün naviqasiya çətinlikləri barədə xəbərdar edib.

ABŞ-ın İran sahillərinə hərbi donanma topladığı bir dönəmdə Tehranın Hörmüz boğazında döyüş atışlı təlimlər keçirməsini analitiklər Vaşinqtona güc nümayişi kimi izah edir.

SAMİRƏ

Seçilən
9
7
baki-xeber.com

10Mənbələr