Norveçli yarımmüdafiəçi Martin Ödeqaard “Arsenal”dan ayrılma variantını nəzərdən keçirir.
Publika.a xəbər verir ki, bu, baş məşqçi Mikel Arteta ilə gərgin münasibətləri ilə bağlıdır. "Topskills Sports"un məlumatına görə, Ödeqaard və Arteta arasında gərginlik artır.
Məlumata əsasən, belə vəziyyətdə futbolçu klubu tərk edə bilər, onun transferinə isə “Bayern” və “İnter” maraq göstərir. Ehtimal olunan transferin təxminən 92 milyon avroya başa gələcəyi bildirilir.
Martin 2021-ci ildən “Arsenal”da çıxış edir. Cari mövsümdə 27 yaşlı norveçli bütün turnirləri nəzərə alaraq 24 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.