AZ

Rektor: Gənclər müxtəlif istiqamətlərdəki uğurlu fəaliyyətləri ilə bizi sevindirirlər

Bakı, 30 yanvar, AZƏRTAC

Bizim də vaxtilə ilk fəaliyyətimiz gənclər hərəkatından başlayıb. Bugünkü karyera uğurumuz da gənclər hərəkatında iştirakdan keçir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq torpaqların azadlığı problemimiz qalmayıb. Bu gün hər bir Azərbaycan gənci qürur içindədir və özünü möhkəm, güclü dövlətin nümayəndəsi kimi hiss edir. Sevindirici haldır ki, gənclər müxtəlif istiqamətlərdəki uğurlu fəaliyyətləri ilə bizi sevindirirlər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimində çıxış edərkən deyib.

Rektor uğurlu fəaliyyətlərin nəticəsinin mütləq şəkildə qiymətləndirildiyini və atılan bütün addımların gənclərin inkişafına xidmət etdiyini vurğulayıb.

Seçilən
39
16
azertag.az

10Mənbələr