AZ

Rusiya məşhur Amerika şirkətini ballistik raketlə VURDU

Rusiya Xarkovda Amerika şirkətinin anbarına zərbə endirib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Dronlar şəhərlərdəki adi binalara zərbələr endirməyə davam edir. Xarkov bölgəsinə qarşı da ballistik raketdən istifadə edilib və Amerika şirkətinə məxsus olanlar da daxil olmaqla, adi mülki məhsulların saxlandığı anbarlara zərər verilib”, – deyə Ukrayna lideri bildirib.

Daha əvvəl bildirilib ki, Rusiya Xarkovda “Philip Morris” siqaret fabrikinə raket zərbəsi endirib. Binanın bir hissəsi zədələnib.

Qeyd olunur ki, Xarkovdakı fabrikin fəaliyyəti Rusiya tərəfindən genişmiqyaslı işğalın başlanmasından bəri dayandırılıb. 2024-cü ildə “Philip Morris” yeni fabriki Lvov vilayətində açıb və Xarkovdakı istehsalat meydançasından 250 əməkdaşı ora köçürüb.

Attachment

Musavat.com

Seçilən
33
50
veteninfo.az

10Mənbələr