Fidan: “İranla bağlı danışıqlar aparırıq”
Ajans.az TASS-a istinadənxəbər verir ki, bu barədə Fidan İstanbulda Abbas Araqçı ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib. “[Araqçı ilə] görüşməzdən əvvəl Stiven Vitkoffla çox uzun söhbətim oldu. Eyni zamanda bölgədəki bəzi dost ölkələrlə də əlaqə saxladıq. Bu gün məsələ ilə bağlı milli mövqelərimizi müzakirə etdik və amerikalılarla danışıqları davam etdirəcəyik”, – deyə Fidan bildirib. Nazir kompromis həll yolunun mümkünlüyünə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, region dağıdıcı müharibə və ya qəfil münaqişə ilə üzləşməməlidir. “Biz İranın təcrid olunmasını və region üçün qəbuledilməz siyasətlərə məcbur edilməsini istəmirik. Nə müharibə, nə də münaqişə həll yoludur. Biz sülhü və problemlərin danışıqlar, dialoq yolu ilə həllini axtarırıq”, – deyə Fidan əlavə edib.