AZ

Prezidentin mükafatlandırdığı şəxslərə 10 min manat veriləcək

Bu gün Azərbaycan gəncliyi üçün əlamətdar günlərdən biridir. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2026-cı il gənclər üçün Prezident mükafatları ölkənin müxtəlif sahələrində xüsusi fərqlənən gənclərə təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, mükafatlar elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində uğurları ilə seçilən gənclərə verilib.

Gənclər üçün Prezident Mükafatı nədir və niyə verilir?

O, dövlət başçısının 2 iyul 2013-cü il tarixli Fərmanı ilə təsis edilib. Mükafatın əsas məqsədi ölkənin inkişafında fəal iştirak edən, intellektual və sosial potensialı ilə seçilən istedadlı gəncləri stimullaşdırmaqdır.

Mükafat aşağıdakı sahələr üzrə verilir:

Elm və təhsil – 2 mükafat

Mədəniyyət – 2 mükafat

İctimai və sosialyönümlü fəaliyyət – 2 mükafat

Gənclər siyasəti və gənclərlə iş – 2 mükafat

İnnovasiya və sahibkarlıq fəaliyyəti – 2 mükafat

Ümumilikdə hər il 10 gənc bu ali mükafata layiq görülür.

Mükafatın məbləği və təqdimetmə qaydası: 

10 000 manat pul mükafatı, diplom, döş nişanı və döş nişanının vəsiqəsindən ibarətdir.

Mükafatın verilməsi və atributlarının hazırlanması dövlət büdcəsi hesabına maliyyələşdirilir. Diplom və döş nişanının təsvirini isə Nazirlər Kabineti təsdiqləyir.

Mükafat ildə bir dəfə fevralın 2-də Prezidentinin Sərəncamı ilə verilir və Prezidentin özü və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təntənəli şəkildə təqdim edilir.

Qanunvericiliyə əsasən, Prezident Mükafatı laureatı vəfat etdikdə və ya mükafat şəxsə ölümündən sonra verildikdə, mükafat onun ailə üzvlərinə təqdim olunur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
17
14
yenisabah.az

10Mənbələr