Paytaxtda təhlükəli yerdən keçən azyaşlı Səid valideynlərinə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
"Səid balamız atasına təhvil verildi. Əməyi olan hər kəsə, xüsusilə YPX əməkdaşlarına təşəkkür edirik.
Onlar uşağı yolda qoymadılar, "evə get" demədilər. Çünki Səid evin yolunu da bilməyib. Əgər bir hadisə baş versəydi, valideynlərə nə cavab verəcəkdik?! - deyə paylaşımda
qeyd edilib.
*** 15:00
Paytaxtda təhlükəli yerdən keçən azyaşlı uşaq aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
Sosial şəbəkədə Fərid adlı azyaşlı uşağın görüntüləri paylaşılıb.
Onun kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçərkən aşkarlandığı bildirilib.
Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Fərid hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.