ain.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Qubaya səfəri çərçivəsində XIX əsrə aid tarixi Gümbəzli hamamı ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
O, həmçinin yerli hakimiyyət orqanlarının nümayəndələri, ABŞ-nin təhsil və mədəni mübadilə proqramlarının məzunları ilə görüşüb.
Görüşlərdə ABŞ şirkətləri üçün investisiya imkanları, Amerika təhsilinin üstünlükləri, idman və mədəni sahədə əməkdaşlığı, eləcə də iki ölkə arasında insanlararası əlaqələrin inkişafı müzakirə edilib.
Qeyd edək ki, Gümbəzli hamam 2018-ci ildə ABŞ-in Azərbaycandakı səfirliyinin Mədəni İrsin Qorunması üzrə Səfir Fondu tərəfindən bərpa olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.