Bir neçə gündür ki, taksi sürücülərinə fəaliyyətlərinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında icazə veriləcəyi ilə bağlı bildirişlər gəlir.
Yəni zonalar üzrə buraxılışlarda Bakıda işləmək üçün qeydiyyatdan keçənlər Sumqayıtda çalışa bilməzlər və yaxud əksinə. Sürücülər qazanclarına təsir göstərdiyi üçün bu qaydadan narazıdırlar.
Onlar bu qərarın düzgün olmadığını və bir ərazidən digər yerə sərnişin aparan taksinin oradan da dolu qayıtması ilə bağlı narazılıqlarını AzTV-yə bildiriblər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə diqqətə çatdırılıb ki, bu qaydaya əməl etməyənlər 50 manat cərimələnəcəklər.