AZ

Neft Fondunun aktivlərin artması düzgün siyasətlə bağlıdır İqtisadçı

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət Neft Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73,541 milyard ABŞ dollarına (125,020 milyard manata) çatıb.

Bundan başqa, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37,594 milyard manat təşkil edib. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 6 894,1 milyon manat təşkil edib. Valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 20 434,0 milyon manat olub.

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlayıb ki, yüksəliş Neft Fondunun apardığı düzgün siyasətlə bağlıdır:

"Neft fonduda aktivlərin kəskin artmasının səbəbi qızılın artan qiymətidir. Neft fondu düzgün strategiya yürüdərək son 2 ildə qızılın alışını artırıb. Qızılın da bu son iki ildə qiyməti 48 faizə qədər artıb. Aktivlər sonda dollarla müqayisə aparıldığına görə daha yüksək - 73 milyard ABŞ dolları səviyyəsinə yüksəlib" . 

O qeyd edib ki, burada, sadəcə olaraq, diqqət etmək lazımdır ki, qızılın qiymətinin bir doyumluluq səviyyəsi var:

"Bir müddətdən sonra maksimum həddə olan qızıl aşağı düşə bilər. Bu, dünyadakı geosiyasi gərginliklə də bağlıdır. Münaqişələr səngidikcə qızılın dəyəri enecək". 

İqtisadçı bildirib ki, Dövlət Neft Fondu növbəti düzgün strategiyasını qurmalıdır:

"Qızılın qiymətinin maksimum həddi zamanında dəyəri valyutaya keçirməlidir. Bahalaşma ən azı yaxın 3-4 ayda davam eləyəcək. Çünki geosiyasi gərginlik davam edir - İran, Ukrayna-Rusiya müharibəsi, Venesuela hadisəsi. Bu məsələlərin həlli ilə bağlı bir işıq ucu görünən kimi qızılın qiymətində enmələr müşahidə olunacaq" .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
13
modern.az

10Mənbələr