AZ

“Türkiyə hər kəsin bir-birinin sərhədlərinə hörmət etməsinin tərəfdarıdır” - Hakan Fidan

“Türkiyə hər kəsin bir-birinin sərhədlərinə hörmət etdiyi bir sistemin tərəfdarıdır”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda iranlı həmkarı Abbas Əraqçı ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

“Biz ekspansionizm istəmirik. Eynilə, İsrail ekspansionizmini də istəmirik. Bunların mümkün qədər tez bitməsini və İsrailin Fələstin Dövlətinin sərhədləri də daxil olmaqla, sərhədlərə hörmət etdiyi bir nöqtəyə çatmasını istəyirik”, - deyə siyasətçi vurğulayıb.

Fidan həmçinin qeyd edib ki, Türkiyə İsrailin Fələstin Dövlətini tanımasını və region ölkələri ilə harmoniya içində hərəkət etməsini istəyir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
74
19
missiya.az

10Mənbələr