AZ

İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi

BAKI, 30 yanvar. TELEQRAF

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasında 2026-cı ilın “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Sənədə əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş fəaliyyətlərin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn bütün məsələləri həll etmək tapşırığı verilib.

Seçilən
16
7
teleqraf.com

5Mənbələr