Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Məsələnin tam həllini bilmirəm. Ancaq hesab edirəm ki, AYB-nin yazıçı-şairi məhkəməyə verməsi yaxşı hal deyil”.
Bu sözləri Gununsesi.info-ya yazıçı, deputat Aqil Abbas deyib.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Bildirilib ki, buna səbəb həmin şəxslərin təşkilatı tənqid etməsidir.
“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır və bütün bu baş verənlərin arxasında Azərbaycan ədəbiyyatının və dilinin, mənəviyyatının heysiyyətini qoruyan, yazıçı və şairlərimizin ən qocaman peşəkar ocağı olan təşkilatı hörmətdən salmaq kimi məkrli niyyət dayanır”, – məlumatda qeyd olunub.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.