AZ

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat pul alacaq

Bakı. Trend:

Azərbaycan qanunvericiliyində hərbi xidmətə yollanan işçilərə nəqədər müavinət ödənildiyi müəyyənləşib.

Trend-inxəbərinə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqdatərəflərin (işəgötürən və işçi) iradəsindən və ya istəyindən asılıolmayaraq əmək müqaviləsinə xitam verilir.

Bu halda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı3 misli miqdarında müavinət ödəyir.

Həmçinin, işəgötürən işçiyə orta aylıq əmək haqqının 3 mislimiqdarında müavinətdən əlavə ay tamam olmadığı hallarda faktikiişlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmişməzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı-ekspert AllahverdiAydın bildirib ki, bu halda işçiyə ödənilməli olan son haqq-hesabhesablanır:

“Misal üçün, deyək ki, Kamran adlı şəxs “A” MMC-də15.12.2024-ci il tarixindən mühasib vəzifəsindəçalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitamverilən tarixədək aylıq 800 manat əməkhaqqı alıb.Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən istifadə etməyib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən ona çağırışvərəqəsi daxil olub və əmək müqaviləsinə15.01.2026-cı il tarixdən hərbi xidmətəçağırılması əsası ilə xitam verilib”.

A.Aydın əlavə edib ki, bu halda əmək müqaviləsinə xitamverildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesabı bu şəkildəhesablanır:

  • Əvvəlcə işlənmiş iş günləri üçün əməkhaqqıhesablanır:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayı üzrə aylıqiş vaxtı norması 151 saatdır. Kamran yanvar ayında9 iş günü (72 saat) çalışıb vəson iş günü 15 yanvar tarixidir.

800 : 151 =5,30 manat ; 5,30 ×72 = 381,6 manat

  • Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiyahesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan istifadəetməyib. Onun iş ili 15.12.2024 – 15.12.2025 tarixlərini əhatə edirvə bu dövr üçün 30 təqvim günü məzuniyyət hüququvar. Növbəti iş ilində isə 31 təqvim günü işlədiyi üçün ona əlavəolaraq 2,5 gün((30:365) × 30)məzuniyyət günü düşür. Beləliklə, ümumilikdə 32,5təqvim günü istifadə edilməmiş məzuniyyət qalır.

Orta aylıq əməkhaqqının 800 manat olduğununəzərə alındığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakıkimi olur:

(800 : 30,4) ×32,5 = 855,3 manat

  • Kamrana hərbi xidmətə çağırılmasına görə veriləcəkişdənçıxarma müavinətinin məbləği aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay – noyabr və dekabr ayları üzrə Kamranıngəliri 1 600 manat(800×2) olub. Həmin aylarda işgünlərinin sayı 41 gün olub. Nəticədə bir günlükəmək haqqı 39 manat(1600:41) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcəkorta aylıq əməkhaqqının məbləği 783,1 manat(30×20,08) olacaq. Bu məbləğin 3misli, yəni işdənçıxma müavinəti 2 349,4 manat(783,1×3) olacaq.

  • Bütün bunlardan sonra son haqq-hesab məbləği beləolacaq:

381,6 manat (işlənmiş günlər üçün əməkhaqqı) +855,3 (istifadə edilməmiş məzuniyyətə görəkompensasiya) + 2 349,4 (işdənçıxarma müavinəti) =3 670,86 manat.

  • Deməli, bu nümunədən də göründüyü kimi ayda800 manat əmək haqqı alan bir şəxs hərbi xidmətəçağırılan zaman işəgötürən ona 3 586,3 manatödəməlidir.

Tərəflərin iradəsindən asılı olmayan hallarda əməkmüqaviləsinə xitam verilməsinin əsasları

Məlumat üçün bildirək ki, əvvəllər həmin müəssisədə və ya fizikişəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətlihəqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə(vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə də tərəfləriniradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinəxitam verilir.

Əmək müqaviləsinə xitam verilərkən işçilərintəminatları

Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi və yafiziki şəxs olan işəgötürənin vergi uçotundan çıxarılması hallarıistisna olmaqla işçinin müddətli həqiqi hərbi xidmətdə olduğumüddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədəvə ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində işləmişşəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olanişəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bərabərvəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

İşçilərin iş yerinin və orta əmək haqqınınsaxlandığı hallar

Hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçünhərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyətistiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə(hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq,çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təminedilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habeləhərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezamolunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır.

Seçilən
8
13
az.trend.az

10Mənbələr