Dubayda yeni turist attraksiyası – həqiqi qızıldan inşa olunacaq küçə – elan edilib. Bu yol məşhur "Gold Souk" yaxınlığında salınacaq. "Gold Souk" turistlərin qızıl və zərgərlik əşyaları aldığı məhşur ticarət məhəlləsidir.
HİT.az xəbər verir ki, bu barədə "Euronews" yazıb.
Lux ilə simvolizə olunan şəhər, vergi azadlığı və “qızıldan döşənmiş küçələr” ifadəsi ilə uzun müddətdir tanınır və indi bu imici həqiqətən həyata keçirməyə qərar verib. Gələcək "Gold Street" yeni "Dubai Gold District" layihəsinin bir hissəsi olacaq. "Dubai Media Office" bildirir ki, hələ ki, küçənin açılış tarixi açıqlanmır və qızıldan necə istifadə olunacağı barədə detalları inşaatçılar paylaşmayıblar.
Yeni "Gold District" əslində mövcud "Gold Souk"un Deira rayonunda rebrendinqi olacaq. Bu ərazidə təxminən min qızıl və zərgərlik mağazası fəaliyyət göstərir.
"Dubai Media Office" məlumat verir ki, Birləşmiş Ərəb Əmirlikləri qızıl ticarəti üzrə dünyada ikinci yerdədir. 2024–2025-ci illərdə ölkə 53,41 milyard ABŞ dolları dəyərində qızıl ixrac edib.
"Qızıl Dubayın mədəni və kommersiya toxumasına dərindən inteqrasiya olunub, bu həm bizim irsimizi, həm də rifahımızı və sahibkarlıq ruhumuzu simvollaşdırır", deyə "Dubai Festivals and Retail Establishment"in baş direktoru Əhməd Əl-Xaca bildirib. Onun sözlərinə görə, yeni layihə ənənələri yaradıcılıq və inkişafla birləşdirəcək.
Şəhər həmçinin dünyanın ən yüksək binası Burc Xəlifə, ən böyük müşahidə təkəri "Ain Dubai" və dünyanın ən dərin dalış hovuzu "Deep Dive Dubai" ilə tanınır. 2024-cü ildə Dubayda süni arxipelaqda "The World Islands"də hər 30 dəqiqədən bir “yağış yağan” iqlimlə idarə olunan küçə açılıb. Bundan əlavə, 2 km-lik kondisionerli piyada körpüsü "future loop" da elan olunub ki, bu da əsas rayonları və metro stansiyalarını birləşdirəcək və temperatur +45°C olsa belə, şəhərdə gəzməyi rahat edəcək.
Samir