"Körpələrə çay nə vaxt verilə bilər deyə analar çox soruşur. Ümumiyyətlə, 3 yaşdan aşağı körpələrə çay verilməsi qəti məsləhət deyil".
Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova körpələrə çayın nə vaxt verilməli olduöundan danışarkən sosial şəbəkəsində bildirib.

Həkim 3 yaşa qədər körpələrə çay verilməməli olduğunun səbəbini belə izah edib:
"Çay qanda dəmirin səviyyəsini aşağı salır və tərkibindəki kofein uşağın yuxusunu poza bilər. Eyni zamanda, çay körpələrin mədə-bağırsaq sistemi üçün təhlükəlidir. Ona görə çalışın, uşağa 3 yaşadək çay verməyin. 3 yaşdan sonra versəniz də, şəkər qatmadan verməyə çalışın".
Aytəkin TOFİQQIZI