AZ

Estoniya bu il Ermənistanda səfirlik açmağı planlaşdırır

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Brüsselin insanları bir araya gətirmək üçün unikal qabiliyyəti var”

Estoniya bu il Yerevanda səfirlik açmağı planlaşdırır. AYNA.AZ “Armenpress”ə istinadən bildirir ki, Estoniya xarici işlər naziri Marqus Tsaxkna bu barədə özünün “X” mikrobloqunda yazıb.

Nazir Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirdiyini açıqlayıb.

"Brüsselin insanları bir araya gətirmək üçün unikal qabiliyyəti var. Əziz dostum, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirdim. Əgər başqa bir şey olmasa, bu il İrəvanda Estoniya səfirliyinin açılışında yenidən görüşəcəyik", - Estoniya xarici işlər naziri yazıb.

Mirzoyan Estoniya xarici işlər nazirinin paylaşımına belə şərh verib: "Əziz dostum Marqus Tsaxkna ilə görüşmək həmişə xoşdur. İstər rəsmi, istərsə də qeyri-rəsmi görüş olsun, tərəfdaşlığımızın inkişafı üçün həmişə qarşılıqlı maraq doğuran bir mövzu tapırıq. Sizi İrəvanda, o cümlədən Estoniya səfirliyinin açılışında görməyi səbirsizliklə gözləyirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
12
ayna.az

10Mənbələr