AZ

İsveç parlamenti avroya keçidi müzakirə etməyə başlayıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 yanvar, AZƏRTAC

İsveç parlamenti krondan avroya keçidin mümkünlüyü ilə bağlı müzakirələrə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yerli valyutanın son on ildə 20 faizdən çox dəyər itirməsi fonunda Stokholm “qlobal şoklardan və potensial hərbi təhdidlər”dən ehtiyatlanır.

“EFG Bank”ın baş iqtisadçısı Stefan Gerlaxın sözlərinə görə. Baltik bölgəsində hərbi eskalasiya və ya digər böyük qarışıqlıqlar baş verərsə, kron sürətlə dəyərdən düşə bilər ki, bu da iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq.

İsveç Avropa İttifaqına 1995-ci ildə daxil olub, lakin 2003-cü ildə keçirilən referendumda seçicilərin 55,9 faizi ölkənin Avropa valyutasını qəbul etməsinə qarşı çıxıb.

Hazırda Avrozonada 21 ölkə var. Bolqarıstan 2026-cı il yanvarın 1-dən Avrozonaya qoşulan ən son ölkədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
15
azertag.az

10Mənbələr