Hindistanda “IndiGo” təyyarəsi bomba həyəcanı ilə təcili eniş etdi
İnterpress.az xəbər verir ki, bu barədə “India TV” telekanalı məlumat yayıb.
Hindistanın “IndiGo” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba partladılacağı ilə bağlı daxil olan təhdid səbəbindən Hindistanda məcburi eniş edib. Göyərtədə olan 180 sərnişin dərhal təxliyə olunub.
Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri təyyarədə və baqaj bölməsində genişmiqyaslı axtarışlar aparıblar. İlkin araşdırmalar zamanı heç bir partlayıcı qurğu və ya şübhəli əşya aşkar edilməyib.
Hazırda yoxlama tədbirləri davam edir və hüquq-mühafizə orqanları yalançı bomba təhdidinin mənbəyini araşdırırlar.
Xuraman Etibarlı
İnterpress.az