İran və Türkiyə bir çox məsələlərdə eyni mövqedədir.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran və Türkiyə həm qonşu, həm də dost ölkələrdir: "İki ölkənin əlaqələrini tarix boyu yaxın olub. Xüsusilə, İranda baş verən son hadisələrdə Türkiyə hər zaman yanımızda oldu. İran hökuməti olaraq Türkiyəyə təşəkkür edirik".