AZ

Dini kitabların arasında gizlədilən dollarlar oğurlandı

Bakıda qonşunun evindən pul və qızıl-zinət əşyaları oğurlayan 1992-ci il təvəllüdlü Samir Seyidov (ad-soyad şərtdir) həbs olunub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi Atçılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, Samir Seyidov qonşu qadının öz evinin açarlarını onlara əmanət edib rayona getməsindən yararlanaraq mənzilə daxil olub.

Samir evdə dini kitabların arasında gizlədilən 3500 dolların yerini də müəyyən edərək mənimsəyib. O, ümumilikdə qonşusuna 7680 manat ziyan vurub.

Qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmənin qərarına əsasən, 2 il 6 ay müddətinə həbs olunub.

Seçilən
38
6
bakivaxti.az

10Mənbələr