ABŞ-niın əmək naziri Lori Çaves-DeRemer təhlükəsizlik işçisi ilə intim münasibəti ilə bağlı seks qalmaqalının mərkəzinə düşüb.
"Yeni Sabah" The Post-a istinadla xəbər verir ki, senator Çak Qrasli dövlət səfərlərindən "Amerika vergi ödəyicilərinin hesabına şəxsi zövq üçün" istifadə etdiyi və cangüdənlərindən biri ilə "qeyri-rəsmi münasibət" saxladığı barədə şayiələrlə bağlı nazirdən izahat tələb edib.
Nəşrin məlumatına görə, Qrasli əmək nazirinə məktub yazaraq Çaves-DeRemerin özü və işçiləri üçün təşkil etdiyi səfərlər, o cümlədən Oreqondakı striptiz klubuna baş çəkməsi barədə təfərrüatları tələb edib.
57 yaşlı rəsmi öz aparat rəhbəri Cihun Han və müavini Rebekka Raytla striptiz klubuna gedib, üstəlik onun ofisində spirtli içki tapılıb. Bundan əlavə, Han və Raytın Çaves-DeRemerin siyasi ambisiyalarını dəstəkləmək üçün dövlət qrantlarından istifadə etməyə cəhd göstəriblər.
Hazırda Han və Rayt inzibati məzuniyyətə göndərilib və katibin intim münasibətdə olduğu cangüdən işdən çıxarılıb.

Ağ Ev əmək nazirini açıq şəkildə dəstəkləyib. Mətbuat katibi Kerolayn Livitt bildirib ki, Donald Tramp "istintaqdan xəbərdardır, Çaves-DeRemeri dəstəkləyir və onun Amerika işçiləri adından böyük iş gördüyünə inanır".
Yeri gəlmişkən, nazirin qızı ilə Las Veqasdakı bir hovuzbaşı məclisində çəkilən şəkilləri sosial mediadakı müzakirələri alovlandırıb.
Telegram kanalımız