AZ

Rusiyada damdan düşən buz parçaları iki qadını ÖLDÜRDÜ

Rusiyada buz parçaları damdan düşərək iki qadını öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın paytaxtı Moskva şəhərində bədbəxt hadisə baş verib. Yoldan keçən qadının başına binanın damından qopan iri buz parçası düşüb.

Aldığı ağır zərbə nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.

Bənzər bir faciə Penza şəhərində də qeydə alınıb. Orada 52 yaşlı qadın poçt binasının qarşısında qar təmizləyərkən damdan qopan nəhəng buz və qar kütləsinin qurbanı olub.

Buz kütləsi qadının tam olaraq başına düşüb. Zərərçəkmiş aldığı ölümcül xəsarətlərdən hadisə yerindəcə keçinib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
29
interpress.az

10Mənbələr