AZ

Suriya hökuməti və SDQ hərtərəfli inteqrasiya sazişi imzalayıb

Suriya hakimiyyəti Suriya Demokratik Qüvvələrinin (SDQ) hökumət ordusuna və dövlət qurumlarına tədricən inteqrasiyasını nəzərdə tutan hərtərəfli sazişin bağlandığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Suriya informasiya naziri Hamza əl-Mustafa "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, razılaşma çərçivəsində Dəməşqin təhlükəsizlik qüvvələri Hasaka və Kamışlı şəhərlərində yerləşdiriləcək, eyni zamanda SDQ Suriya ordusunun üç briqadasının tərkibində təşkilati bütövlüyünü qoruyub saxlayacaq.

Eyni zamanda, ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak Dəməşqlə SDQ arasında əldə olunan razılaşmanı milli barışıq və ölkənin sabitləşməsi yolunda tarixi addım adlandırıb.

Seçilən
0
50
far.az

10Mənbələr