AZ

Orban: “Ukrayna Avropanı müharibəyə sürükləyir”

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ukrayna Avropa İttifaqına və NATO-ya qoşula bilməz, çünki bu, Rusiya ilə müharibəyə yol aça bilər”.Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində deyib.

 

O xatırladıb ki, Brüssel və Kiyevdə hazırlanmış Ukrayna üçün yol xəritəsi ölkənin 2027-ci ilə qədər Aİ-yə sürətləndirilmiş şəkildə qoşulmasını nəzərdə tutur.

"Əgər Ukrayna indi Avropa İttifaqına (Aİ) qoşularsa, Avropada müharibə olacaq, çünki bu, bir Aİ ölkəsinin digərlərinin müdaxiləsi olmadan böyük bir dövlətə qarşı müharibə apara biləcəyi illüziyasıdır".Onun sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlüyü müharibəyə və Avropa bazarının məhvinə aparan bir yoldur.Siyasətçi qeyd edib ki, bəzi iddiaların əksinə olaraq belə bir addım Avropa İttifaqının və NATO-nun təhlükəsizliyini gücləndirməyəcək, əksinə zəiflədəcək:“Ukrayna Avropanı Rusiyadan müdafiə edə bilməz. Ukrayna dövləti Avropanı gücləndirmir, əksinə onu müharibəyə sürükləyir”. Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
34
bizim.media

10Mənbələr