AZ

Azərbaycanda kitabxanalar bağlanır? Nazirlikdən REAKSİYA

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Kitabxanların bağlanması anlayışı düzgün deyil.

Modern.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov  “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının təqdimat mərasimində deyib.

O, yeni konsepsiyanın mahiyyətində mədəniyyətin əlçatanlığı əsas tələblərdən biri olduğunu vurğulayıb. 

"Burada əsas məsələ dövlətin mədəniyyət sahəsində göstərdiyi xidmətlərin vətəndaşa nə dərəcədə səmərəli və effektiv şəkildə çatdırılmasıdır. Ona görə də xüsusi olaraq xahiş edərdim ki, mətbuatda zaman-zaman səslənən “hansısa müəssisələrin ixtisar edilməsi” və ya “hansısa müəssisələrin bağlanması” kimi ifadələr bu kontekstdə verilməsin. Yanaşma həmin müəssisələrin və ya ümumilikdə sahənin fəaliyyətinin təkmilləşdirilməsi kimi qəbul edilməsidir və ictimaiyyət də bunu bu şəkildə dəyərləndirməlidir” – deyə F. Cəfərov vurğulayıb..

“Çünki söhbət kitabxanların fiziki bağlanmasından və ya fəaliyyətin tam dayandırılmasından getmir. Mədəniyyət Nazirliyinin qarşısında duran əsas məsələ - həm əvvəllər, həm də bu gün idarəetmədə əsas prioritet - həmin sahələrdə dövlət xidmətlərinin fəaliyyətinin necə daha effektiv və təkmilləşdirilmiş şəkildə təşkil olunmasıdır” – o sonda qeyd edib.

Xatırladaq ki, Azərbaycanda bir neçə ildir ki, optimallaşdırma çərçivəsində bir sıra kitabxanalar birləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
modern.az

10Mənbələr