AZ

Dünyadakı bütün münaqişələr yeddi həftəlik dayandırılsın - BMT

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı və Milan–Kortina 2026:Qış OlimpiyaOyunlarının təşkilatçıları mötəbər yarışın açılışına bir həftəqalmış bütün dünyada mövcud münaqişələrdə yeddi həftəlik fasiləyəçağırıblar.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, qədim yunan ənənəsinə əsaslanan bu təşəbbüsüntərəfdarları bildirirlər ki, silahlı münaqişələrin artdığı birdövrdə belə bir addım üçün mənəvi zərurət var.

BMT Baş Assambleyasının qətnaməsi ilə dəstəklənmiş təklif olunanfasilə 6–22 fevral tarixlərində keçiriləcək Qış Olimpiya Oyunlarınıvə 6–15 mart tarixlərində baş tutacaq Paralimpiya Oyunlarını əhatəedir.

“Etik baxımdan biz bir mesaj göndərmək istəyirik ki, OlimpiyaAtəşkəsi, Müqəddəs Olimpiya Atəşkəsinə mütləq hörmət olunmalıdır.Bu, praktikada hər zaman mümkün olmaya bilər. Lakin mesaj dünyanınhər bir guşəsinə çatır: harada mümkündürsə, sülh üçün - hətta kiçikdə olsa, - bir məkan yaratmağa çalışmalıyıq” - deyə Afinadayerləşən Beynəlxalq Olimpiya Atəşkəsi Mərkəzinin direktoruKonstantinos Filis bildirib.

Müasir Olimpiya Oyunları 1896-cı ildə bərpa olunub, tədbirətrafında atəşkəs anlayışı isə təxminən bir əsr sonra, 1990-cıillərin əvvəllərindən etibarən keçmiş Yuqoslaviyada müharibələrinalovlandığı dövrdə gündəmə gəlib.

Məqalədə:
Seçilən
7
50
az.trend.az

10Mənbələr