AZ

"Son 10 ildə MDB-dən ilk klub "Qarabağ" oldu" - Rusiya mətbuatı Azərbaycan çempionundan yazdı

Rusiya mətbuatı "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması haqda yazıb. 

Sportal.az xəbər verir ki, “Çempionat.com” saytı Ağdam klubunun tarixi uğuru barədə bunları qeyd edib:

"Qarabağ" ümumi turnirdə 22-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Beləliklə, Azərbaycan klubu 10 il ərzində Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk MDB komandası olub. Pley-offa vəsiqə qazanan son MDB klubu 2016-cı ildə 1/8 finalda oynayan “Zenit" olmuşdu. Bundan əlavə, tarixində ilk dəfə olaraq Azərbaycan komandası Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-offda oynayacaq. "Qarabağ"ın rəqibi püşkatma ilə müəyyənləşəcək. Bu, ya PSJ, ya da "Nyukasl" olacaq”.

 

saytlarin hazirlanmasi

Seçilən
46
11
sportal.az

10Mənbələr