AZ

Məktəblərdə qış tətili başa çatır

Yanvarın 31-i ümumi təhsil müəssisələrində qış tətilinin son günüdür.
 
Moderator.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən 31-dək olan dövrü əhatə edir.
 
Beş gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.
 
Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq.
 
Seçilən
90
50
moderator.az

10Mənbələr