AZ

Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq » AzadMedia.az


“Yaxın zamanlarda dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq”.

Bu sözləri Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Artıq fevral ayının 2-dən struktur dəyişikliyi qüvvəyə minəcək. Boş olan yerlərə təyinatlar olacaq. Bir sıra vəzifələr dövlət teatrlarında digər vəzifələrlə əvəz olunub. İxtisar olunmayıb. Konkret bir tamaşa, heyət bir rejissorla çalışacaq. Hər bir rejissor kastinq əsasında heyət toplayıb tamaşa hazırlayırsa, burada baş rejisora ehtiyac olmayacaq”, - o bildirib.
Seçilən
34
27
azadmedia.az

10Mənbələr