AZ

"Putin Trampın bu xahişini yerinə yetirdi" - Peskov

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən 1 fevrala qədər Kiyevə zərbələr endirməməyi xahiş edib və o da bununla razılaşıb.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"(ABŞ Prezidenti Donald – red.) Tramp, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər bir həftə ərzində Kiyevə zərbə endirməmək üçün şəxsi xahişi ilə (Putinə – red.) müraciət edib", - deyə Peskov bildirib.

Putinin Trampın xahişini yerinə yetirməyə razı olub -olmadığı soruşulduqda, Peskov belə cavab verib: "Bəli, əlbəttə ki, bu, Trampın şəxsi xahişi idi".

Kremlin sözçüsü bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Seçilən
8
19
unikal.az

10Mənbələr