AZ

​Ərəb klubu Benzemanı maaşsız oynatmaq istəyir

Səudiyyə Ərəbistanının əsas komandalarından sayılan "Əl İttihad" Kərim Benzema ilə başa çatan müqaviləsini yeniləmək istəyir. Klubun ulduz futbolçuya təklif etdiyi müqavilədə maaş nəzərdə tutulmayıb. Benzema reklam hüququndan yararlanaraq, qazanc əldə edəcək.
Metbuat.az xəbər verir ki, Benzema hazırda ildə 108 milyon avro maaş alır. Xarici medianın yazdığına görə, o, "Əl İttihad"ın təklifini özünə qarşı hörmətsizlik kimi qiymətləndirib. 38 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istədiyyi iddia olunur.

Qeyd edək ki, Benzema "Əl İttihad"da 83 oyun keçirib, 54 qol vurub və 17 məhsuldar ötürmə edib.

Seçilən
10
6
metbuat.az

10Mənbələr