AZ

Rusiya yeni “Sarma” YARS-ı ilk dəfə WDS-2026 sərgisində təqdim edəcək

Səudiyyə Ərəbistanında baş tutacaq “World Defense Show 2026” (WDS-2026) sərgisində Rusiyanın “Rosoboroneksport” (“Rostex” Dövlət Korporasiyasına daxildir) şirkəti yeni “Sarma” yaylım atəşli reaktiv sisteminin (YARS) ilk beynəlxalq təqdimatını həyata keçirəcək.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.

“Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib ki, yeni döyüş maşınının əsas xüsusiyyətlərindən biri onun yüksək hərəkət qabiliyyətidir: “Sistem atəş mövqeyini cəmi 3 dəqiqəyə tuta və eyni müddətdə tərk edə bilir. “Sarma” müasir avtomatlaşdırılmış idarəetmə, nişanalma və atəş açma sistemi ilə təchiz olunub. Bu YARS həm “Tornado-S” sisteminin özünü doğrultmuş idarə olunan raketlərini, həm də yeni tip sursatları tətbiq edə bilir. “Sarma” bütün raket yaylımını cəmi 18 saniyəyə buraxa bilir”.

“Sarma” yaylım atəşli reaktiv sistemi düşmənin artilleriya vasitələrini, zirehli texnikasını, HHM sistemlərini, eləcə də digər hücum vasitələrini və hərbi obyektlərini effektiv şəkildə məhv etmək üçün nəzərdə tutulub. 8×8 təkər formullu tam ötürücülü şassi üzərində qurulan “Sarma”, şossedə maksimum 95 km/saat sürətə və 1000 km yürüş ehtiyatına malikdir.

Eyni kalibrli “Tornado-S” və “Smerç” sistemlərindən fərqli olaraq, 300 mm-lik “Sarma”nın buraxılış qurğusunda 12 yox, 6 istiqamətləndirici mövcuddur. YARS-ın ekipajı 3 nəfərdir və şəxsi heyət mövqenin tutulmasını, bütün hazırlıq əməliyyatlarını və atəşin açılmasını kabinədən çıxmadan həyata keçirə bilər. Bunlar həmçinin uzaqdan idarəetmə pultu vasitəsilə heyət sığınacaqda olarkən də yerinə yetirilə bilir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1

2

3

Seçilən
67
3
poliqon.az

4Mənbələr