Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dolların qlobal bazarlarda mövqelərini itirməsi Azərbaycanda da valyuta bazarı ilə bağlı sualları artırıb. Bu vəziyyət ölkənin valyuta ehtiyatlarına necə təsir göstərə bilər və əhali yığımlarını manatda, yoxsa dollarda saxlamalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dollar zəiflədikdə manat da paralel şəkildə zəifləyir.
Onun sözlərinə görə, manatın məzənnəsi faktiki olaraq dollara bağlıdır:
“Dollar zəifləyəndə manat da zəifləyir. Manat dollara yapışıb. Çox vaxt sual verirlər ki, əhali kasıbdır, pulu yoxdur. Əhalinin pulu haradadır ki, onu da saxlasın?”

İqtisadçı qeyd edib ki, ümumilikdə dollar manatdan daha güclü valyutadır və dolların ucuzlaşması Azərbaycanın iqtisadiyyatı üçün ciddi risk yaratmır:
“Dolların ucuzlaşmasının Azərbaycana heç bir riski yoxdur, əksinə müəyyən rahatlıq yaradır. Manatın bahalaşması isə daha çox risk yarada bilər.”
Xalid Kərimli vurğulayıb ki, ölkə üçün əsas problem inflyasiya və idxal məhsullarının bahalaşmasıdır. Bu isə qiymət artımına səbəb olur və əhali üçün ciddi çətinliklər yaradır:
“Ən böyük problem odur ki, inflyasiya artır, idxal məhsullarının qiyməti bahalaşır. Bu da ümumi qiymət artımına gətirib çıxarır və əhali üçün risk yaradır.”
Əmanətlərin hansı valyutada saxlanılmasına gəlincə, iqtisadçı hesab edir ki, əhali həm manatla, həm də dollarla yığım edə bilər:
“Əhali dolların və manatın risklərini hesablayaraq qərar verməlidir. Əgər düşünürlərsə ki, dolların məzənnəsi uzun müddət 1 manat 70 qəpik səviyyəsində qalacaq, bu halda manatla saxlanılan vəsaitin gətirimi daha çox ola bilər. Amma bütün risklər nəzərə alınmalıdır.”
Aynurə İsmayıl
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.