AZ

Kərkicahana qayıdan sakin: Bu torpaqların müdafiəsi uğrunda həyat yoldaşımı itirmişəm

“Şəhid Vəkil Şükürovun həyat yoldaşıyam, Kərkicahandan çıxanda bu torpaqların müdafiəsi uğrunda həyat yoldaşımı itirmişəm”.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qayıdan Sevil Şükürova bildirib.

“Çox çətin günlər yaşadıq. Amma şükür edirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlara qayıtdım. Qisas qiyamətə qalmadı”. - Sevil Şükürova deyib.

O, öz növbəsində doğma yurda qayıdışı təmin edən ölkə rəhbərinə təşəkkürünü bildirib: "Başda Prezident İlham Əliyev olmaqla, zəhməti keçən hər bir kəsə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin".

Seçilən
20
16
apa.az

10Mənbələr