AZ

Xankəndi peşə məktəbindən eksklüziv- Reportaj

Xankəndidə peşə təmayüllü siniflərin ilk şagirdlərindən biri olmaq böyük qürur hissidir. Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayan peşə təmayüllü siniflərin ilk şagirdləri bu əlamətdar hadisənin iştirakçılarıdır.

AzEdu.az Təhsil TV-yə istinadən xəbər verir ki, 2019-cu ildən etibarən həyata keçirilən peşə təmayüllü siniflər layihəsi artıq bu gün işğaldan azad olunmuş bölgələrimizdə də uğurla tətbiq olunur. Layihənin əsas məqsədi şagirdlərin maraq və bacarıqlarını erkən mərhələdə üzə çıxarmaq, onların gələcək karyera seçimlərini daha məqsədyönlü, şüurlu və planlı şəkildə etmələrinə dəstək olmaqdır.

Bu, eyni zamanda, azad edilmiş ərazilərdə təhsilin bərpası və dayanıqlı inkişafının mühüm göstəricilərindən biridir.

 

Seçilən
0
14
azedu.az

10Mənbələr