AZ

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1.7 mlrd. manatdan çox vəsait daxil olub

2025-ci il Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 5.1% və ya 84.5 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 7.1% və ya 37.5 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 674.3 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 527.9 milyon manat təşkil edib.

Seçilən
70
50
apa.az

10Mənbələr