AZ

“Liverpul”un baş məşqçisi: “Qarabağ”la oyunda bunu görmədim

“Liverpul”un

"İngiltərə Premyer Liqasında fiziki mübarizə Çempionlar Liqasından daha yüksəkdir".

Teleqraf xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Arne Slot “Nyukasl”la keçiriləcək İngiltərə Premyer Liqası oyunundan öncə mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis İngiltərə çempionatında fiziki mübarizənin və standart vəziyyətlərin daha yüksək səviyyədə olduğunu bildirib: "Premyer Liqada fiziki mübarizə Çempionlar Liqasından daha yüksəkdir. Məsələn, nə “Marsel”, nə də “Qarabağ” ilə oyunlarda autdan uzun ötürmələr görmədim. İngiltərədə standart vəziyyətlər və autlar tamamilə başqa səviyyədədir”.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının əsas mərhələsini üçüncü pillədə başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb. Mersisayd təmsilçisi sonuncu - VIII turda evdə “Qarabağ”ı məğlub edib - 6:0.

Seçilən
72
50
xalqcebhesi.az

10Mənbələr