AZ

SON DƏQİQƏ: Zelenski Putini Kiyevə çağırdı – Kreml rəhbəri nə vaxt gedəcək?

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini Kiyevə açıq şəkildə dəvət etdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, əgər Putin “cəsarət edərsə”, görüş Ukraynanın paytaxtında baş tuta bilər.

Zelenski vurğulayıb ki, Moskvada Putinlə görüşmək mümkün deyil:

“Putinlə Moskvada görüşə bilmərəm,” – deyə o bildirib.

Zelenski əlavə edib ki, o, liderlər səviyyəsində sammitin istənilən formatına hazırdır, lakin belə görüş nə Moskvada, nə də Belarusda keçirilə bilər.

Zelenskinin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı heç bir birbaşa danışıqlar və ya razılaşmalar olmayıb. Bununla belə, o qeyd edib ki, əgər Rusiya Ukraynanın enerji obyektlərinə hücumları dayandırarsa, Ukrayna da Rusiyanın enerji infrastrukturuna zərbə endirməyəcək.
Zelenski həmçinin bildirib ki, Ukrayna və Rusiya nümayəndələri arasında BƏƏ-də planlaşdırılan növbəti görüş İran ətrafında yaranmış vəziyyət səbəbindən təxirə salına bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
60
50
konkret.az

10Mənbələr