AZ

Motosiklet sürücüsü avtomobil idarəçisinə göstərdiyi jestə görə təşəkkür etdi VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtda avtomobil sürücüsünün motosiklet sürücüsünə göstərdiyi bu nümunəvi davranış sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyənləri təəccübləndirib.

Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu Mətbuat dairəsində baş verib. Belə ki, 90-RC-855 nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü sol zolaqdan yaxınlaşan motosiklet sürücüsünü vaxtında fərq edərək, onun daha rahat və təhlükəsiz keçidi üçün avtomobilinin yan güzgüsünü qatlayıb. Bu addım motosikletçinin dar məsafədən maneəsiz keçməsinə şərait yaradıb.

Hadisədən sonra motosiklet sürücüsü avtomobil sahibinə təşəkkürünü bildirib. O qeyd edib ki, kaş bütün sürücülər bu cür anlayışlı və diqqətli olsunlar: “Biz motosikletə kefimizdən səhər tezdən minmirik. İşə getdiyimiz, ailəmizi dolandırdığımız üçün bu nəqliyyat vasitəsini seçirik. Belə davranışlar bizim üçün həm təhlükəsizlik, həm də böyük mənəvi dəstəkdir”.

Sosial şəbəkə istifadəçiləri də görüntülərə müsbət reaksiya verərək, bu cür qarşılıqlı hörmətin yollarda gərginliyi azaltdığını, həm avtomobil, həm də motosiklet sürücüləri üçün riskləri minimuma endirdiyini vurğulayıblar. Xüsusilə paytaxt kimi sıx nəqliyyat axını olan şəhərlərdə sürücülərin bir-birinə anlayışla yanaşması yol hərəkəti mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, bu kimi müsbət nümunələrin artması yollarda təhlükəsizliyin təmin olunmasına və sürücülər arasında sağlam münasibətlərin qurulmasına ciddi töhfə verə bilər.

Eltac Zülfüqaroğlu

Oxunub 182

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
50
avtosfer.az

10Mənbələr