BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndələyinin “X” səhifəsində məlumat verilib.
“İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub.
Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta