AZ

Tramp Kanada təyyarələrini də hədəfə götürdü

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az bildirir ki, Amerika lideri həmçinin Kanadanın bütün təyyarələrinə 50 faiz rüsum tətbiq edəcəyi barədə Ottavaya xəbərdarlıq da ünvanlayıb. Donald Tramp öz qərarını Kanadanın haqsız və qeyri-qanuni şəkildə uzun müddət ABŞ istehsalı olan “Gulfstream 500, 600, 700 və 800” reaktiv təyyarələrini sertifikatlaşdırmaqdan imtina etməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, halbuki bütün bu modellər indiyədək hazırlanmış ən diqqətəlayiq və texnoloji cəhətdən inkişaf etmiş təyyarələr sırasında yer alır. “Bu əsasda, Amerikanın böyük şirkəti “Gulfstream” üçün uzun illər əvvəl verilməli olan tam sertifikatı alana qədər biz “Bombardier Global Express” təyyarəsini, eləcə də Kanada istehsalı olan bütün təyyarələri sertifikatlaşdırma qərarını geri götürürük”, - Ağ Evin rəhbəri özünün “Truth Social” sosial şəbəkəsində yazıb. Amerika lideri üstəlik, eyni sertifikatlaşdırma mexanizmindən istifadə edən Kanadanın “Gulfstream” şirkətinin məhsullarının öz ərazisində satışını faktiki olaraq blokladığına da diqqət çəkib. - Hər hansı səbəbdən bu vəziyyət dərhal düzəlməzsə, Birləşmiş Ştatlar Kanadanın ABŞ bazarına satdığı bütün təyyarələrə 50 faizlik rüsum tətbiq edəcək”, - Donald Tramp vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
2
azvision.az

10Mənbələr